İran ABŞ-ın «Boeing» təyyarə şirkətinə ödəməli olduğu 16 milyard dolların yalnız yarısını verəcəyini deyir.
Dekabrın 11-də əldə olunan razılaşmaya görə, İran «Boeing»dən 80 yeni təyyarə alır. «Boeing» şirkəti razılaşmanın dəyərinin qiymətlər siyahısına uyğun—16.6 milyard dollar olduğunu elan edib, baxmayaraq ki, xeyli məhsul alan tərəflərə endirimlər də olur.
İranın «Irna» xəbər agentliyi ölkənin Nəqliyyat Nazirliyinə istinadən məbləğin tam ödənməyəcəyini yazıb. Nazirin müavini Asghar Fakhrieh Kashan deyib ki, onların sifarişinin dəyəri «Boeing»in elan etdiyi məbləğin yarısı qədərdir.
«Boeing» İrandan gələn xəbərə, hələ ki, reaksiya verməyib.