Keçid linkləri

Təcili xəbərlər
2021, 25 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 14:11

İstifadəsiz hər sot torpağa görə 1 manat vergi


Arxiv fotosu.

Yanvardan 1-dən Azərbaycanda yeni vergi qanunvericiliyi qüvvəyə minir. Vətəndaş istifadə edilməyən hər 1 sot torpağa görə, 1 manat ödəməli olacaq.

Bu haqda Kənd Təsərrüfatı Nazirliyindən bildiriblər.

Buna da bax:​ 'Azərsu' da vergi amnistiyasından yararlanacaq

“Nazirlik “Təyinatı üzrə istifadə edilən və ya təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqlarının müəyyən edilməsi meyarları və Qaydası" layihəsini hazırlayıb. Sənəd istifadə edilməyən kənd təsərrüfatı torpaqlarına Vergilər Məcəlləsində dəyişikliklərin tətbiqi üçün hazırlanıb”, nazirlikdən bildiriblər.

Təyinatı üzrə istifadə edilən və ya təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi isə 1 şərti bal üçün əvvəllər olduğu kimi 0,06 manat saxlanıb.

Buna da bax: 'Hökumətin birinci məqsədi büdcəni doldurmaqdır'

XS
SM
MD
LG