Keçid linkləri

Təcili xəbərlər
2020, 22 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:08

Təyyarələrin qaçırılması üzrə qərargah yaradılır


Arxiv fotosu.

Azərbaycanda təyyarələrin qaçırılmasının qarşısının alınması məqsədi ilə Əməliyyat Qərargahı yaradılacaq.

Prezidentin dekabrın 22-də imzaladığı “Nazirlər Kabineti yanında Aviasiya Təhlükəsizliyi üzrə Respublika İdarələrarası Komissiya haqqında Əsasnamə”nin və “Aviasiya Təhlükəsizliyi üzrə Respublika İdarələrarası Komissiyanın tərkibi”nin təsdiqi barədə fərmanda belə deyilir.

Buna da bax:​ Rusiyada təyyarənin yoxa çıxması araşdırılır

Fərmana əsasən, mülki aviasiyanın hava gəmilərinin zəbt edilməsi və qaçırılması cəhdlərinin qarşısının alınması üzrə fəaliyyətə operativ rəhbərliyi həyata keçirməkdən ötrü İdarələrarası Əməliyyat Qərargahı yaradılacaq. Qərargaha Dövlət Təhlükəsizliyi Xidməti rəisi sədrlik edəcək.

Daxili işlər, müdafiə, nəqliyyat nazirləri və digər rəsmilər də əməliyyat qərargahında təmsil olunacaq.

Buna da bax: Təyyarəsinin qara qutularından siqnal gəlib

Aviasiya Təhlükəsizliyi üzrə Respublika İdarələrarası Komissiyaya isə baş nazirin müvafiq sahəyə cavabdeh olan müavini rəhbərlik edəcək. Nazirlər, komitə sədrləri komissiyada təmsil olunur.

Multimedia

XS
SM
MD
LG