Keçid linkləri

Təcili xəbərlər
2020, 18 Sentyabr, Cümə, Bakı vaxtı 20:22

Binədə evləri su basıb


Binə qəsəbəsində subasma

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov APA-ya deyib ki, Binədə qrunt sularının səviyyəsinin qalxması təhlükəli durum yaradıb.

Buna da bax:​ Binə qəsəbəsində 'müşənbə' sezonu başlanıb

“Binə qəsəbəsində “Bakavtomat” zavodunun yaxınlığında qrunt sularının səviyyəsi qalxıb. Nəticədə torpaq sahələri, onlarla evin həyətyanı sahəsi və zirzəmiləri su ilə dolub. Son aylar yağan intensiv yağışlardan sonra qrunt sularının səviyyəsinin qalxması müşahidə olunub. Elə yer var ki, suyun hündürlüyü yer səthindən təxminən 25-30 sm-ə qalxıb. Onlarla ev suyun içində qalıb”, R. Həsənov qeyd edib.

O, belə durumun yaranmasını ərazidə drenaj-kanalizasiya sisteminin olmaması ilə izah edib.

Multimedia

XS
SM
MD
LG