Keçid linkləri

Təcili xəbərlər
2021, 12 Aprel, Bazar ertəsi, Bakı vaxtı 23:51

Şamaxıda 404 ev qəzalı duruma düşüb


Sürüşmə

Son bir ayda intensiv yağan yağış və qardan sonra Şamaxı şəhərində və kəndlərdə torpaq sürüşməsi yenidən aktivləşib.

APA-nın xəbərə görə, şəhərin Hüseyn Ciddi küçəsində və Şəhidlər xiyabanının ətrafında sürüşmə sahəsi daha da genişlənib. 30-dan çox evdə çatlar əmələ gəlib.

Şamaxı rayon İcra Hakimiyyətinin nümayəndəsi Şahnəzər Qasımov bildirib ki, şəhərin şimal-şərq hissəsində hazırda 10-dan çox ev qəzalı durumdadır: «Mənzillərin divarlarında iri çatlar əmələ gəlib. Evlər hər an dağıla bilər. Sakinlərə məxsus meyvə bağlarında çoxsaylı torpaq batmaları baş verib».

İcra hakimiyyəti təmsilçisi torpaq sürüşməsi nəticəsində indiyədək rayonun Cabanı, Mədrəsə, Meysəri, Birinci Çaylı, Muğanlı və Qəleybuğurd kəndlərində 404 evin qəzalı vəziyyətə düşdüyünü deyib: «Bu evlərdən 84-ü bu il baş verən torpaq sürüşməsi zamanı ziyan çəkib, divarlarda çatlar yaranıb. Həyətlərdə torpaq sürüşməsi və çökməsi baş verib, yarğanlar əmələ gəlib. İndiyədək 19 qəzalı evdə yaşayan ailə təhlükəsiz əraziyə keçirilib. Təkcə Mədrəsə qəsəbəsində qəzalı evlərin sayı 20-dən çoxdur. Bu qəsəbədə sürüşmə ərazisi son iki ayda 20 hektar genişlənərək 40 hektara çatıb. Ümumilikdə isə 100-dən dən çox evdə çatlar əmələ gəlib. Üç ev yararsız hala düşdüyündən, sakinlər kompensasiya alaraq evlərini tərk ediblər».

XS
SM
MD
LG