Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının qəfil yoxlanılması həyata keçirilib.
Bu barədə dekabrın 22-si Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd edilir ki, həyəcan siqnalı ilə qaldırılan şəxsi heyətin hazırlığı, praktiki bacarığı və döyüş vasitələrinin tətbiqi imkanları yoxlanılıb.
«Qəfil yoxlama çərçivəsində «İldırım» zenit-raket komplekslərinin də hazırlıq vəziyyətinə gətirilməsi və atışları icra edilib. Atışlarının nəticələri yüksək qiymətləndirilib»,-deyə məlumatda vurğulanır.
Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarında yoxlamaların davam etdiyi bildirilir.