Keçid linkləri

Təcili xəbərlər
2021, 24 Yanvar, bazar, Bakı vaxtı 23:46

Prezidentin köməkçisi: ‘Miqrantları sərhədlərdə güllələyirlər,...’


Əli Həsənov

“Böyük geosiyasi dairələr yeni müstəqillik qazanmış ölkələrin dünyada təbliğinə bilərəkdən çətinliklər yaradırlar ki, onların tarixi saxtalaşdırılsın”.

Bu sözləri prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

Trend xəbər verir ki, o, “İrəvan - gizlədilmiş həqiqətlər” sənədli filminin təqdimat mərasimində çıxış edib.

Buna da bax:​ 'Döyüşkən ritorikası olsa da, İlham Əliyev rasional dövlət xadimidir'

Prezidentin köməkçisi Ermənistanın Azərbaycana təhdid yaratdığını qeyd edib.

“Bəzən biz xristian dünyasında ermənipərəst dairələrə başa salırıq, lakin onlar xristian-müsəlman ayrıseçkiliyi fonunda bizə şübhə ilə yanaşır. Ona görə də biz çox iş görməliyik”, deyən Ə.Həsənov əlavə edib ki, dünyada qədim müsəlman şəhərlərinə və tarixi abidələrinə biganə münasibət müşahidə olunur.

Ə.Həsənov prezident İlham Əliyevin daim Azərbaycandakı multikulturalizmi nümunə göstərməsindən danışıb.

Buna da bax: ABŞ və Avropaya üz tutan rusiyalı miqrantların sayı rekord həddə çatıb

“Bizim fərqimiz ondan ibarətdir ki, Azərbaycanda yaşayan bütün xalqlara, müxtəlif dinlərin mənsublarına özümüz qədər hörmət edirik, sevgi ilə yanaşırıq. Ancaq Qərbin ən yaxşı cəhəti o idi ki, başqa dildən, dindən olanlara bir müddət dözümlülük göstərdilər. İndi daha ona da dözmürlər. Bu gün hər kəs bilir ki, Qərb ölkələri miqrantlara, qaçqınlara hansı münasibəti göstərir, onları didərgin salır, sərhədlərdə güllələyirlər. Sonra da dünyaya Qərb sivilizasiyasının tolerantlığını təqdim edirlər. Onların tolerantlığı məhz budur. Bu gün dünyada formalaşan islamofobiya xəstəliyinin qurbanlarından biri də biz azərbaycanlılarıq”, prezidentin köməkçisi bildirib.

XS
SM
MD
LG