Keçid linkləri

Təcili xəbərlər
2021, 22 Yanvar, Cümə, Bakı vaxtı 20:56

Azərbaycan Rusiyadan desant təcrübəsi öyrənir


Desant

Azərbaycanın hərbi nümayəndə heyəti Ryazan Ali Hava-Desant Komanda Məktəbində kursantların hazırlanması ilə tanış olacaq.

Bu haqda «Turan» həmin hərbi idarəyə istinadən xəbər verir.

Azərbaycanlı zabitlərin səfəri dekabrın 23-nə qədər davam edəcək.

Xəbərdə qeyd edilir ki, Azərbaycan hərbi nümayəndə heyəti ilə görüşdə bu məsələlərlə bağlı plan təsdiq edilib.

Azərbaycanlı qonaqlar kursantların peşə hazırlığı və desantçıların hazırlandığı təlim bazası ilə tanış olacaqlar.

XS
SM
MD
LG