Keçid linkləri

Təcili xəbərlər
2021, 16 İyun, çərşənbə, Bakı vaxtı 03:10

İlham Əliyev Putin-ə başsağlığı verib


Andrei Karlov Türkiyədə Vladimir Putin-i müşayiət edir.

Azərbaycan dövlət başçısı İlham Əliyev Rusiya prezidenti Vladimir Putin-ə başsağlığı məktubu göndərib.

Prezident yazır ki, Rusiya Federasiyasının Türkiyə Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Andrei Karlov-un faciəli ölümü barədə xəbər onu dərindən sarsıdıb:

«Biz bu qanlı terror cinayətini qətiyyətlə və qeyd-şərtsiz pisləyirik. Sizə, həlak olmuş səfirin ailəsinə, doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm»,-deyə məktubda qeyd edilir.

Rusiyanın Türkiyədəki səfiri Andrei Karlov dekabrın 19-da aldığı güllə yaralarından ölüb.

Hadisə Ankarada, Müasir Sənətlər Mərkəzində rəsm sərgisinin açılışında baş verib.

XS
SM
MD
LG