Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 02:59

Bayram yarmarkalarının ünvanları


Yarmarka

Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il bayramı ilə bağlı təşkil ediləcək yarmarkaların ünvanları açıqlanıb.

Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumatda Bakı və Sumqayıt şəhərlərində yarmarkaların açılacağı bildirilir.

Məlumatda dekabrın 24-dən 31-ə kimi təşkil ediləcək yarmarkalarda məqsədin bolluq yaratmaq və süni qiymət artımının qarşısının alınması olduğu bildirilir.

Bakı şəhəri üzrə:

Xətai rayonu: - Məzahir Rüstəmov küçəsi, «Bakı» kinoteatrının yaxınlığı

Nərimanov rayonu: - Keşlə bazarının ərazisi;

Səbail rayonu: - Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsi 1, Məktəbin arxası

Suraxanı rayonu: - Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsi 4, 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyinin yanı

Binəqədi rayonu: - Dərnəgül, Koroğlu Rəhimov küçəsi 53, «Elit» Ticarət Mərkəzinin yaxınlığı.

Sumqayıt şəhərində 2 yerdə:

- 12-ci mikrorayon

- köhnə avtovağzalın yanı

Yarmarkaların mütəşəkkil keçirilməsindən ötrü nazirliyin məsul əməkdaşlarından ibarət işçi qrupların yarmarkalara təhkim olunduğu bildirilir. Onlar qiymətlərə və məhsulların keyfiyyətinə nəzarət etməlidirlər.

Son illər Azərbaycanda hər il bayramlardan öncə kənd təsərrüfatı yarmarkaları təşkil edilir.

Ekspertlərin fikrincə, həmin yarmarkalarda bazarlara nisbətən qiymətlər bir qədər ucuz, məhsulların keyfiyyəti isə aşağı olur.

Multimedia

XS
SM
MD
LG