Keçid linkləri

Təcili xəbərlər
2021, 08 Mart, Bazar ertəsi, Bakı vaxtı 14:48

Prezident ABŞ-ın nəqliyyat komandanını qəbul edib


ABŞ bayrağı

Dekabrın 16-da prezident İlham Əliyev ABŞ-ın nəqliyyat komandanı, general Darren MakDyun (Darren Mcdew) ilə görüşüb.

Bu barədə prezidentin rəsmi internet səhifəsi məlumat yayıb.

Məlumatda bildirilir ki, İ.Əliyev general D. MakDyunun Azərbaycana səfərinin müdafiə sahəsində əməkdaşlığın möhkəmləndirilməsi işinə töhfə verəcəyinə əminliyini ifadə edib. O, Azərbaycanın bütün istiqamətlərdə, o cümlədən nəqliyyat sahəsində etibarlı tərəfdaş olduğunu bildirib.

Buna da bax:​ ABŞ Müdafiə Departamentinin ofis direktoru Bakıdadır

Prezident Azərbaycan hərbçilərinin Əfqanıstanda sülhyaratma missiyasında iştirakına toxunaraq bunun ABŞ və NATO ilə əməkdaşlığının əhəmiyyətli hissəsi sayıb.

Xəbərdə bildirilir ki, general D. MakDyun Azərbaycanın strateji baxımdan çox əhəmiyyətli bir ölkə olduğunu qeyd edib.

Buna da bax: 'Ölkəni böhrana salanlar yox, xalq əziyyət çəkir'

Xatırlatma

1994-cü ildən başlayaraq Azərbaycan - NATO ilə əməkdaşlığa başlayıb. Bu əlaqələrin əsas tərkib hissəsini hərbi əməkdaşlıq, hərbi modernizasiya, təhlükəsizlik məsələləri üzrə siyasi məsləhətləşmələr və sülhməramlı əməliyyatlar təşkil edib.

2002-ci ildə NATO-nun Praqa sammitində tərəfdaş ölkələrlə əməkdaşlığı genişləndirmək məqsədilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı (FTƏP) qəbul edilib. 2005-ci ilin oktyabrında prezident İlham Əliyev Azərbaycanın NATO ilə Fərdi Tərəfdaşlıq Əməliyyat Planını təsdiq edib.

Buna da bax:​ Trump Azərbaycandakı layihələrə son qoyur

Ancaq Azərbaycan rəsmiləri son illər açıq bəyan ediblər ki, qarşıya NATO-ya üzvilik məsələsi qoyulmayıb.

Müxalifət hesab edir ki, hakimiyyətin NATO ilə əməkdaşlığa sərhəd qoyması iki amillə bağlıdır. Bir tərəfdən hakimiyyət Rusiyanı qıcıqlandırmaq istəmir, ikinci tərəfdən isə islahatlardan çəkinir.

Recommended

XS
SM
MD
LG