Keçid linkləri

Təcili xəbərlər
2021, 18 May, çərşənbə axşamı, Bakı vaxtı 22:15

Sulu qar, qar, şaxta gözlənir


Qar

Dekabrın 17-si gündüz Bakı və Abşeron yarımadasında yağıntı olmayacağı bildirilir. Axşama doğru bəzi yerlərdə yağış, sulu qar, qar gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin xəbərinə görə, yarımadada gecə 0-3 dərəcə şaxta, gündüz 0-3 dərəcə isti, Bakıda gecə 0-2 dərəcə şaxta, gündüz 1-3 dərəcə isti olacaq.

Ölkənin bəzi bölgələrində də qar gözlənilir. Yağıntının şimal rayonlarında intensiv olmaq ehtimalı var. Gecə 1-6 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti, dağlarda gecə 9-14, gündüz 0-5 dərəcə şaxta təxmin edilir. Yolların buz bağlayacağı bildirilir.

XS
SM
MD
LG