Azərbaycanla ABŞ arasında birgə bioloji əməkdaşlıq proqramı həyata keçirilir.
Proqramın icrası ABŞ Müdafiə Departamentinin təhlükənin azaldılması ofisinin (TAMA) Bakıda səfərdə olan direktoru Elizabet Corcun (Elizabeth George) dekabrın 15-də Müdafiə Nazirliyinin Tibb Baş İdarəsində görüşündə müzakirə edilib.
Buna da bax: ABŞ-da ikitərəfli məsləhətləşmələr
Bu haqda Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verir.
Xəbərdə proqramın icrasının yüksək qiymətləndirildiyi bildirilir.
Görüşdə hərbi təbabət sahəsində hazırkı əməkdaşlıq və perspektivlər nəzərdən keçirilib.
Buna da bax: ABŞ Suriya müxalifətinə silah məhdudiyyətini qaldırdı
Tibb Baş İdarəsinin rəisi Natiq Əliyev əməkdaşlığın hazırkı səviyyəsindən razılığını bildirib. O, əməkdaşlıq çərçivəsində keçirilən treninqlərin vacibliyini, biotəhlükəsizlik və biomüdafiə sahələrində də təcrübə mübadiləsinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.