Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 12:16

-

Martın 23-də Vaşinqtonda Azərbaycan Müdafiə Nazirliyi və ABŞ Müdafiə Departamenti arasında ikitərəfli hərbi məsləhətləşmələr keçirilib.

«Trend» bu xəbəri Azərbaycanın ABŞ-dakı səfirliyinə istinadən yayıb.

Səfirlikdən bildirildiyinə görə, məsləhətləşmələr zamanı Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlıq kontekstində ikitərəfli hərbi əməkdaşlıq, NATO çərçivəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər nəzərdən keçirilib.

Məsləhətləşmələrdə hərbçilərlə yanaşı, ABŞ-ın Azərbaycanda səfiri Robert Сekuta və Azərbaycanın bu ölkədəki səfiri Elin Süleymanov da iştirak ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG