Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Sentyabr, çərşənbə, Bakı vaxtı 00:16

'ABŞ monopoliyanın əleyhinədir'


Amos Hochstein

Azərbaycana səfərə gələn ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hokştayn (Amos Hochstein) dekabrın 15-də Bakıda keçirdiyi mətbuat konfransında belə deyib.

“Bu layihə Azərbaycan üçün vacibdir. Bununla yanaşı Avropada enerji və siyasi təhlükəsizliyi təmin edəcək layihələrdən biridir. Biz bu layihənin Bakı-Tbilisi-Ceyhan layihəsi qədər strateji olduğunu düşünürük”.

Buna da bax:​ Valyutası hər gün dəyər itirən ölkə...

İtaliyada TAP-la bağlı problemlər

A.Hokştayn Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP-la bağlı İtaliyada yaranan problemlərə də toxunub.

“Bu, ambisiyalı, bir neçə ölkəni əhatə edən layihədir. Belə çoxtərəfli layihələrin icrası zamanı müxtəlif mərhələlərdə lokal çətinliklər yarana bilər. Biz də İtaliyada bu qəbildən olan problemlə üzləşdik. Əsas məsələ odur ki, birgə səylər və əməkdaşlıq şəraitində bu çətinlikləri aradan qaldıraq. Problemin həlli üçün birgə səylər olmalıdır. Bu problemi həll etmək üçün ABŞ, Avropa Birliyi və digər iştirakçı ölkələr konsorsium şəklində çalışmalıdır”, ABŞ rəsmisi vurğulayıb.

A.Hokştayn əsas istəyin Xəzər dənizinin enerji ehtiyatlarının Avropa bazarına çıxarılması olduğuna diqqət çəkib.

Buna da bax: Su altında qalan milyonlar

ABŞ bazarda monopoliya istəmir

“Bunun tezliklə mümkün olacağını düşünürük. ABŞ monopoliyanın əleyhinədir, istəmir ki, dünyanın hansısa yerində monopolist ölkə başqa ölkələrin bazarına təsir göstərsin. Alıcı bazara sərbəst daxil olub, qiymət əsasında təchizatçısını seçə bilməlidir”, deyən ABŞ diplomatı enerji təhlükəsizliyi məsələsində Rusiyanın roluna da diqqət çəkib.

“Düşünmürük ki, Rusiya enerji təhlükəsizliyinin bir hissəsi ola bilməz. Bununla yanaşı istəmirik ki, təchizatçı ölkə bazara daxil olarkən bazar qaydalarını pozsun və monopolist siyasət həyata keçirsin. İstənilən ölkə bazara daxil olarkən təchizatçını sərbəst seçməli, qiymət amili əsasında qərar verə bilməlidir”.

Buna da bax:​ "Nə qədər ki, məmur kapitalizmi var..."

Neftin qiyməti

A.Hokştayn dünya bazarlarında neftin qiymətini ABŞ-ın idarə etməsi barədə sualı cavablayarkən, bunu istisna edib.

“Əksər ölkələrindən fərqli olaraq, ABŞ-da enerji sahəsində bir neçə deyil, 4000-ə yaxın şirkət fəaliyyət göstərir. ABŞ prezidenti və ya başqası müraciət edib desə ki, qiymətlərin artması üçün hasilatı azaldın, o şirkətlər bizi dinləməyəcək. Sadəcə, dünya enerji bazarında təklif artımı müşahidə olunur. Qiymətlərin aşağı düşməsi də bununla əlaqəlidir, ABŞ-ın istəyi deyil, onun bazara müdaxiləsi ilə baş vermir. Məhz OPEC qiymətlərin dəyişməsinə təsir edə bilər. Bu təşkilatın üzvləri bir araya gələrək qiymət artımını təmin etmək üçün hasilatı azaltmaq barədə qərara gəliblər”, A.Hokştayn vurğulayıb.

Amos Hokstayn dekabrın 15-də prezident İlham Əliyev və energetika naziri ilə görüşlər keçirib.

Buna da bax: Azərbaycan TAP-a ABŞ-dan dəstək gözləyir

Prezident Əliyevlə görüşdə Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğu və uğurla inkişaf etdiyi vurğulanıb. Əlaqələrin bundan sonra daha da genişləndiriləcəyinə əminlik ifadə olunub.

Natiq Əliyev ilə görüşdə isə ölkədə neft-qaz hasilatı, yataqların işlənməsi və iri enerji layihələrinin həyata keçirilməsi məsələsi müzakirə edilib.

TANAP (Trans Anadolu qaz kəməri) və TAP (Trans Adriatik qaz kəməri) “Cənub Qaz Dəhlizi” layihəsinin tərkib hissələridir. Bu layihə Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutur.

Multimedia

XS
SM
MD
LG