Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:37

"Nə qədər ki, məmur kapitalizmi var..."


arxiv
arxiv

"Financial times" qəzeti yazir ki, Azərbaycan prezidentinin iqtisadi islahatlar
üzrə müşaviri olan Natiq Əmirov «McKinsey» məşvərət şirkətini cəlb edib, həmin şirkət 2025-ci ilədək və ondan sonra üçün "İqtisadiyyatın yol
xəritəsini" hazırlayır. Həmin xəritə oktyabrda təqdim olunmalıdır.


Azərbaycan iqtisadiyyatı 10 ilə necə olmalıdır? Yol xəritsində ən çox nəyə fikir verilməlidir?

İqtisadçı ekspert Nazim Bəydəmirli deyir ki, ölkədəki daha məlumatlı olan iqtisadçıların islahat təkliflərindən istifadə etsəydilər yol xəritəsi daha mükəmməl olardı:

Nazim Bəydəmirli
Nazim Bəydəmirli

“Əslində həmin yol xəritəsinin nədən ibarət olduğunu deyə bilmərəm. Çünki tanış deyiləm. Amma Azərbaycanda iqtisadiyyatla bağlı araşdırma aparanlar, ekspertlər illər boyu hökumətin nə etməsi ilə bağlı dəfələrlə proqramlar səsləndiriblər. Güman etmirəm ki, Azərbaycan iqtisadiyyatını fərqli bir şeylə normal liberal bazar dəyərlərinə gətirib çatdırmaq mümkün olsun.

İlk növbədə inhisarçılığın ləğvi lazımdır. Çünki monopoliya olan yerdə heç vaxt azad rəqabət ola bilməz. Monopoliya olan yerdə məmur sahibkarlığından söhbət açmaq olar. Hökumət çevik siyasət yeritmək üçün Nazirlər Kabinetinin həm strukturuna, həm tərkibinə əl gəzdirməlidir. Hər gün dövlət büdcəsi hesabına hər hansı səhmdar cəmiyyətlər, dövlət şirkətləri yaratmaqla güman etmirəm ki, işsizliklə bağlı problemlər həll olunsun və ya əlavə dəyər yaradan şirkətlər ortalığa çıxsın. Bu baxımdan mən hesab edirəm ki, nə qədər ki, Azərbaycanda məmur kapitalizmi var, məmur sahibkarlığı mövcuddur, dövlət resurslarından öz şəxsi mənfəətləri üçün istifadə edənlər var, heç vaxt hər hansı yol xəritəsi normal bazar iqtisadiyyatına gətirib çıxara bilməz.

Nazim Bəydəmirli: "Nə qədər ki, məmur kapitalizmi var...."
Gözlə

No media source currently available

0:00 0:03:33 0:00
Direct-ə keçid

Mən tövsiyyə edərdim ki, bizim islahatla bağlı məşğul olan məmurlar xarici şirkətlərə dövlət vəsaiti xərcləməsinlər. Ölkə daxilində daha məlumatlı olan iqtisadçıların islahat təkliflərindən istifadə etsinlər. Həm dövlət büdcəsinə fayda vermiş olarlar, həm də iqtisadiyyatı daha dərindən bilən ekspertlərdən yararlana bilərlər”.

HAKİMİYYƏTİ QANE ETMƏYƏN MƏQAMLAR

Digər ekspert Azər Mehtiyev yol xəritəsində hakimiyyəti qane etməyən tənqidi məqamlar burda da diqqətdən yayındırılıb:

Azər Mehtiyev
Azər Mehtiyev

“Əslində bu yeni fikir deyil. Həmin şirkət prezidentin yol xəritəsi hazırlanması haqda sərəncamından sonra Azərbaycanda işləyir. Onlar artıq öz ilkin təkliflərini müzakirələrə çıxarıblar. Əvvəla deyək ki, təhlil sənədində yeni bir şey yoxdur. Azərbaycandakı müstəqil iqtisadçıların qeyd etdiyi həmin o yanaşmalar burda da öz əksini tapıb.

Bəzi təhlillərdə hakimiyyəti qane etməyən tənqidi məqamlar burda da diqqətdən yayındırılıb, ya unudulub, ya da məqsədəuyğun şəkildə onu salmayıblar. Ən vacib məsələ isə Azərbaycandakı problemlərin kökündə dayanan məmur sahibkarlığıdır. Bu məsələ həmin o paketdə öz əksini tapmayıb. Ölkədə atılmalı olan birinci dərəcəli mühüm addım məhz məmur sahibkarlığının aradan qaldırılması, korrupsiyanın aradan qaldırılması istiqamətində atılan addımlardır. Burda azad rəqabətli bazar iqtisadiyyatından söhbət gedir. Bu tipli məsələlər burda unudulub.

Əks təqdirdə dövlətin yaratdığı bütün güzəştlər, bir qrup inhisarçı məmurun faydalanmasıdır, bu da geniş mənada iqtisadiyyatda dəyişikliklərə gətirib çıxara bilmir. Əksini tapmalı olan digər bir məsələ əks mərkəzləşdirmə islahatlarıdır ki,bu da həmin sənəddə öz əksini tapmayıb”.

"O YOL XƏRİTƏSİNİN REALLIQLA ƏLAQƏSİ YOXDUR"

İqtisadçı ekspert Vahid Məhərrəmov isə deyir ki, xarici mütəxəssislər reallığı bilmədikləri üçün Azərbaycanda reallaşması mümkün olmayan təkliflər irəli sürürlər:

Vahid Məhərrəmov
Vahid Məhərrəmov

“Mən həmin yol xəritəsi ilə tanış olmuşam. Çox təəssüflər olsun ki, həmin yol xəritəsi Azərbaycanın reallığı ilə bağlı heç bir əlaqəsi yoxdur. Orada müəyyən təkliflər var ki, bunu QHT-lər layihə həyata keçirərkən həmin təklifləri səsləndirib.

Ordakı digər məqamlar beynəlxalq hüquqla bağlıdır, Azərbaycanın real durumu ilə bağlıdır və keçmişi ilə bağlıdır. Yəni real durumu ilə bağlı deyəndə indi mövcud olan statistikanın orda verilməsi ilə bağlıdır. Statistik rəqəmlərdə də kifayət qədər şişirtmələr mövcuddur. Ona görə statistik rəqəmlər də heç də reallığı özündə əks etdirmir.

Bu işlərə mütləq Azərbaycanda vəziyyəti bilən mütəxəssislər cəlb olunmalıdır. Xarici mütəxəssislər reallığı bilmədikləri üçün Azərbaycanda reallaşması mümkün olmayan təkliflər verirlər”.

XS
SM
MD
LG