Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 19:03

Hökumət 'ətlə təmin olunuruq' deyir


Son günlər ətin qiymətindən artım müşahidə edilir. Ekspertlərin qənaətinə görə, səbəblərdən biri idxaldan asılılıqdır. Hökumət isə, hələlik, əksini iddia edir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin ilk yarısına həsr olunmuş iclasında ətlə təminatdan danışarkən deyib: «Biz indi özümüzü ətlə təmin edirik. Quş əti ilə tam təmin edirik. Yəni, bu, ərzaq təhlükəsizliyi məsələləri idi».

Ancaq statistika başqa şey deyir. Dövlət Gömrük Komitəsinin (DGK-nin) məlumatına görə, 2016-cı ilin 7 ayında keçən ilin uyğun dövrü ilə müqayisədə ət idxalı 91.51% artıb.

CƏNUBİ AMERİKADAN ƏT İDXAL EDİRİK

Azərbaycan 2014-cü ildə 4 min 444.2 ton iribuynuzlu heyvan əti idxal edibsə, ötən il bu rəqəm 5 min 59.3 min ton olub:

Hindistan: 2647.7

Ukrayna: 2004.9

Almaniya: 101

Braziliya: 92

Moldova: 92

Paraqvay: 25.7

Digər ölkələr: 96

2015-DƏ QUŞ ƏTİ VƏ ƏLAVƏ ƏT MƏHSULLARI İDXALI 7 MİN 372.7 TON OLUB (2014 - 9 MİN 217.5 TON):

Amerika Birləşmiş Ştatları: 3974.5

Braziliya: 1813.2

Türkiyə: 864.1

Belçika: 286

Çin: 112

Niderland: 102

Kanada: 84.2

Argentina: 25.8

Digər ölkələr: 110.9

«AZƏRBAYCAN ÖLKƏNİN ƏT TƏLƏBATININ YARISINI BELƏ ÖDƏMİR»

Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov Ümumdünya Səhiyyə Təşkilatının illik adambaşına ərzaq normasını yada salır:

«Normaya uyğun olaraq, Azərbaycan ət məhsulları ilə bağlı ölkə əhalisinin tələbatının haradasa 40%-ni ödəyə bilir. Normaya görə, adambaşına illik 85 kq ət tələb olunur və bu da ölkə üzrə təxminən 850 min ton ət istehsalı deməkdir. Amma Azərbaycanda adambaşına cəmi 33 kq ət istehsal olunur. Yəni, bu gün Azərbaycan ətlə ölkənin tələbatının yarısını belə ödəmir».

«BAZARA ÇIXARILAN ƏTİN BÖYÜK HİSSƏSİ İDXAL HESABINADIR»

V.Məhərrəmovun sözlərinə görə, bazara çıxarılan ətin böyük hissəsi idxal hesabınadır: «Ölkəyə diri mal-qara, xırdabuynuzlu heyvanlar gətirilir və kəsilərək istehlakçılara təklif olunur. Təəssüf ki, bu sahədə də inhisarçılıq var. Ona görə də ət bazarında qiymətlər tez-tez dəyişir».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG