Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:01

Azərbaycan arpa ixrac edir


Arpa
Arpa

-

Azərbaycan fermerləri ilk dəfə bu il arpa ixrac ediblər. Mütəxəssislər bunu arpa istehsalın əvvəlki ilə nəzərən artımı ilə izah edirlər.

Bu il buğda istehsalında müəyyən azalma, arpa istehsalında isə artım olduğu bildirilir.

İrana arpa satılır

Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına görə, İrana 10 min 505 ton, İraqa isə 175 ton arpa satılıb. Bu, iyun ayına olan məlumatdır. Ehtimal edilir ki, ixracat növbəti aylarda da davam edib. Çünki qiymət demələrinə görə, fermerlər üçün çox əlverişli (bazardakı topdansatış qiymətindən 2 dəfə baha) olub.

Buna da bax: 2025-ci ilədək iqtisadiyyatın yol xəritəsi hazırlanır

Qiymət sərfəlidir

Fermerlərin arpa ixracından 1 milyon 780 min dollar gəlir götürdükləri bildirilir. Bir ton arpa 169,4 dollara və ya təxminən 250 manata satılıb.

İsmayıllı rayonunda heyvandarlıqla məşğul olan Məzahir Əliyev deyir ki, iyun-iyul aylarında biçin gedəndə arpanın tonunu sahədən 120 manata almaq olurdu. Hazırda isə qiymət artıb və 200-220 manata yüksəlib.

Bu il Azərbaycanda bol arpa məhsulu yetişdirildiyini deyən Gəncədəki «Neon» şirkətinin (un dəyirmanı) rəhbəri Arif Həsənov idxalın azalmasını da bu amillə bağlayır. Onun fikrincə, Azərbaycanın arpa istehsalı sahəsində böyük potensialı var. Bu həm də ölkəyə valyuta gətirən sahəyə çevrilə bilər.

Kənd Təsərrüfatı Nazirliyinin bitkiçilik şöbəsindən deyiblər ki, hazırda arpa ixracı fenomeni öyrənilməkdədir.

Buna da bax-İlham Şaban: 'Hökumət təlatümün qarşısını alır'

İdxal da azalıb

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2015-ci ildə Azərbaycana 6 milyon ABŞ doları sərf etməklə Rusiyadan 54 min ton arpa gətirilib. Həmin il 2014-cü illə müqayisədə idxal 70 min ton azalmışdı. Bu il isə Rusiyadan arpa idxalı ən aşağı həddə - 775 tona düşüb.

Azərbaycanın 2015-ci ilə olan ərzaq balansına əsasən, il ərzində arpa istehsalı 52 faiz artaraq, 1 milyon 36 min ton təşkil etmişdi. Bunun 873 min tonu heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə olunub. Çox az miqdarda (12 min ton) xüsusi növ arpa pivəbişirmə müəssisələrinə satılıb.

Bu il arpa səpilən sahələr (253,4 min hektar) 2,4 faiz azalsa da, məhsuldarlığın yüksək olduğu deyilir.

Buna da bax: Necə olur ki, idxal azalmağına baxmayaraq gömrük planı dolur?

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG