Keçid linkləri

Təcili xəbərlər
2021, 03 Mart, çərşənbə, Bakı vaxtı 06:03

Rusiyadan quş idxalına qadağa


Quş əti.

Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) Rusiyanın bəzi bölgələrindən diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyub.

Bura Kalmıkiya, Dağıstan Respublikaları, Həştərxan, Volqoqrad, Rostov, Stavropol vilayətləriÇerkessk bölgəsi daxildir.

Buna da bax:​ İrandan quşçuluq məhsullarının idxalı dayandı

Bu haqda Kənd Təsərrüfatı Nazirliyinin məlumatında bildirilir.

Məlumatda bildirilir ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı noyabrın 24-ü və dekabrın 9-da Kalmıkiya, Həştərxan ev quşları arasında yüksək patogenli quş qripi (H5) xəstəliyinin yayılması haqda xəbərdarlıq edib.

Buna da bax:​ Yumurtanı 35 qəpiyə almaq istəmirsənsə...

Rusiyanın bəzi bölgələrindən quş və quşçuluq məhsullarının gətirilməsinə məhdudiyyət qoyulması həmin xəbərdarlıqla bağlıdır.

Dövlət Baytarlıq Nəzarəti Xidməti müvafiq bölmələrinə quş qripi xəstəliyindən qorunmaqdan ötrü zəruri baytarlıq-sanitariya tədbirlərinin görülməsi barədə tapşırıqlar verib.

XS
SM
MD
LG