Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:45

Dövlət Baytarlıq Nəzarəti Xidməti İrandan Azərbaycana diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyub.

Bu barədə APA xəbər yayıb.

Xəbərdə qeyd edilir ki, bu əmr İranda iki quşçuluq təsərrüfatında ev quşları arasında H5N8 virusunun yayılması barədə məlumatın daxil olmasından sonra verilib. İranda noyabrın 22-də «quş qripi»nin aşkarlandığı bildirilir.

Əmrdə göstərilir ki, İranın Dövlət Baytarlıq Xidmətinin yükün gətirildiyi ərazinin epizootik vəziyyəti və məhsulun sağlamlığı haqqında rəsmi arayışı olduğu təqdirdə digər yüklərin idxalına baxıla bilər.

Dövlət Baytarlıq Nəzarəti Xidməti əhaliyə tövsiyə edir ki, quşları baytarlıq-sanitariya tələblərinə riayət etməklə qapalı şəraitdə saxlasınlar.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG