Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Sentyabr, bazar, Bakı vaxtı 15:44

Əhali 1 milyard manatdan çox kredit faizi ödəyib


Arxiv fotosu.

2016-cı ilin yanvar-noyabr aylarında əhalinin gəlirləri 40 milyard 28,5 milyon manata çatıb.

Bu əvvəlki ilin analoji dövrü ilə müqayisədə əhalinin gəlirlərinin nominal ifadədə 8,9 faiz artması deməkdir.

Buna da bax:​ 'Qazın, işığın puluna idman oyunları keçiriləcək'

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, gəlirlərin 79,4 faizi son istehlak xərclərinə, 9,1 faizi vergilərə, sığorta, üzvlük haqlarının, 2,6 faizi isə kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib. 8,9 faiz və ya 3,6 milyard manatdan bir qədər az isə yığıma yönəldilib.

Ötən il Azərbaycanda iki dəfə devalvasiya baş verib. Nəticədə manat dollara nisbətən 2 dəfə dəyər itirib. Bu ilin əvvəlində bir dollar 1 manat 55 qəpiyə bərabər olub. Hazırda bir dollar rəsmən 1 manat 75 qəpiyə yaxınlaşıb.

Buna da bax:​ 'Borca görə evlər əldən getsə 20 nəfər küçədə qalacaq'

XS
SM
MD
LG