Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:34

AB rəsmisi erməni seçicilərini səslərini satmamağa çağırıb


Ermənistan. Gümrü. Yerli seçkilər, 02Okt2016
Ermənistan. Gümrü. Yerli seçkilər, 02Okt2016

Avropa Birliyinin Ermənistandakı nümayəndəliyinin rəhbəri Piotr Switalski cümə günü (dekabrın 9-da – red.) erməniləri növbəti parlament seçkilərində səslərini satmamağa çağırıb:

“Korrupsiya Ermənistandakı seçki prosesinin təəssüf doğuran özəlliklərindən biridir. Mən çox ümid edirəm ki, biz birgə səylərlə seçki ərəfəsində seçki korrupsiyası ilə məşğul olan, səs müqabilində rüşvət alan, öz səslərini və gələcəklərini kiçik, bəzən də cəlbedici məbləğə dəyişən erməniləri bunun ölkəni yanlış yola saldığı barədə məlumatlandıracağıq… Gəlin insanlara bildirəyin ki, onların ləyaqəti və gələcəyinin dəyəri 10 min, ya da hətta 20 min dram (42 dollar) deyil”.

Buna da bax:​ Ruben Mehrabian: 'Rusiya müttəfiqimiz deyil'

Hökumət ittihamları rədd etsə də…

Piotr Switalski
Piotr Switalski

Ermənistanda hələ 2000-ci illərin əvvəllərindən seçkilərdə səslərin satın alınması praktikasının geniş yayıldığı bildirilir. Müxalifət, seçki müşahidəçiləri və media hakim Ermənistan Respublikaçılar Partiyası və digər hökumətyönlü partiyaları səsləri satın almaqda suçlayıblar. Ancaq onlar belə ittihamları rədd ediblər.

Bəzi müxalifət liderləri hakim partiyanın gələn ilin aprelində keçiriləcək parlament seçkilərində də bu qeyri-qanuni yola əl atacağını bildirir. Ermənistan hökuməti isə seçkinin demokratik standartlara uyğun keçirilməsini təmin etmək üçün əlindən gələni edəcəyinə söz verib.

Buna da bax: Haçalanan Ermənistan

Aldatmamaq üçün 7 milyon avro?

Ötən həftə Avropa Birliyi Ermənistanda hökumət və parlament müxalifəti arasında saxtakarlığa qarşı razılaşdırılmış tədbirləri dəstəkləmək üçün 7 milyon avro (7,4 milyon dollar) ayıracağını vəd edib. “Gələcək seçkilərin azad və ədalətli olmasını təmin etmək Ermənistan demokratiyası və ölkənin Avropa Birliyi ilə münasibətlərindən ötrü də çox vacibdir", - Avropa Birliyinin Ermənistandakı nümayəndəliyinin rəhbəri belə deyib.

Buna da bax:​ Ermənistan müxalifəti ümidini itirmir

Switalski öz çıxışında Ermənistanda ümumi hökumət korrupsiyasına qarşı mübarizənin önəmini də vurğulayıb. Onun sözlərinə görə, Yerevan rəsmiləri bu problemin həlli üçün, hələ ki, yetərincə iş görməyiblər:

“Ümid edirik ki, bu il dəyişiklik ili olub, 2017-ci ildə isə biz təkcə yeni vədlər eşitməyəcək, həm də yeni faktlar, yeni maddi sübutlar görəcəyik".

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG