Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:03

Ermənistanın əsas müxalifət partiyası olan Ermənistan Milli Konqresinin yaydığı bəyanatda deyilir ki, onlar seçkidə demokratik dəyişikliklərə nail olacaqlarına inanırlar. Partiyanın sədri, ölkənin keçmiş prezidenti Levon Ter-Petrossian bildirib ki, «seçkilərdə hökumətin dəyişməsi, legitim hakimiyyətin formalaşması və Ermənistanda əsl demokratiyanın qurulması üçün vacib olan ilkin ciddi və fundamental şərait yaradılıb».

Ermənistanda parlament seçkiləri gələn il olacaq.

Ermənistan Milli Konqresi ilə yanaşı, daha 3 müxalifət partiyası ölkənin Seçki Məcəlləsinə düzəlişlər təklif etmişdi. Keçən həftə Ermənistan parlamenti dəyişikliklərlə bağlı təklifləri qəbul edib.Müxalifət hesab edir ki, imzalanmış seçici bülletenlərinin səsvermədən sonra dərc edilməsi və seçki prosesi, səslərin hesablanması prosesinin internetdə birbaşa yayımlanması saxtakarlıqların qarşısını almağa imkan verəcək. «Hakimiyyətin səsləri pulla alma, administrativ resurslardan qanunsuz istifadə kimi vasitələrdən yararlanması ehtimalı qalsa da… yeni Seçki Məcəlləsi mükəmməl olmasa da, müxalifət və vətəndaş cəmiyyətinin hökumətə təzyiqi nəticəsində mühüm nəticə əldə olunub». Ermənistan Milli Konqresinin bəyanatında belə deyilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG