Keçid linkləri

Təcili xəbərlər
2021, 28 Yanvar, Cümə axşamı, Bakı vaxtı 16:53

Hava kəskin dəyişəcək, qar yağacaq


Qar

Dekabrın 13-ü Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin xəbərinə görə, yarımadada gecə 3-6, gündüz 11-16, Bakıda gecə 4-6, gündüz 13-15 dərəcə isti olacaq.

Ölkənin şimal və şərq rayonlarında yağıntı gözlənilmir. Lakin axşam bəzi şimal və qərb rayonlarında qar yağacağı bildirilir. Gecə 1-6, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyə kimi isti, gündüz 7-12 dərəcə isti təxmin edilir.

Milli Hidrometeorologiya Departamenti xəbərdar edir ki, bir-iki gün mülayim havadan sonra dekabrın 14-15-də ölkə ərazisində hava kəskin dəyişəcək. Havanın temperaturunun ötən günlərlə müqayisədə 7-10 dərəcə aşağı enəcəyi, qar yağacağı proqnozlaşdırılır.

XS
SM
MD
LG