İstanbulda partlayışlara görə 13 şübhəli həbs edilib.
Bunu Türkiyənin daxili işlər naziri Süleyman Soyludeyib. Hadisəyə görə məsuliyyəti hələ kimsə üzərinə götürməsə də, nazir cinayəti kürd yaraqlılarının törətdiyinə əmin olduqlarını söyləyib.
Dekabrın 10-da İstanbulun mərkəzində bir-birinin ardınca iki partlayış olub. 38 nəfər ölüb, 166 yaralı var. Ölənlərdən 30-u polis işçisidir. Ölkədə birgünlük matəm elan edilib.
Bu il Kürd Fəhlə Partiyası (PKK) və «İslam Dövləti» (İŞİD) yaraqlıları Türkiyədə bir neçə partlayış törədiblər.