ABŞ prezidenti Barack Obama Suriya müxalifəti və beynəlxalq koalisiya qüvvələrinə silah məhdudiyyətini götürüb.
Bu barədə Ağ evin rəsmi saytında məlumat yayılıb.
Obama bunun terrorçuluqla mübarizədə ABŞ-a kömək edəcəyini bildirib.
Bunun həyata keçməsi üçün dövlət katibi ilə müdafiə naziri konqresin də razılığını almalıdır.
Rusiya bəyan edib ki, bu nəin ki, regionda, ümumilikdə dünyada vəziyyəti təhlükə altında qoya bilər.
Belə bir bəyanatla dekabrın 9-da Kremlin sözçüsü Dimitry Peskov çıxış edib.
ABŞ-ın rəhbərlik etdiyi hərbi kolaisiya 2014-cü ildən Suriyada əməliyyat keçirir.
Koalisiya qüvvələri əsasən hava əməliyyatlarında iştirak edir.