Keçid linkləri

Təcili xəbərlər
2021, 22 Yanvar, Cümə, Bakı vaxtı 10:09

Ruslar Hələbdə döyüşlərin müvəqqəti dayandırıldığını deyirlər


Hələbi bu günə salıblar
Gözlə

No media source currently available

0:00 0:01:36 0:00

Hələbi bu günə salıblar

Rusiyanın xarici işlər naziri Sergei Lavrov Hələbdə əməliyyatların müvəqqəti olaraq dayandırıldığını deyib. Hamburqda, ATƏT-in toplantısı çərçivəsində çıxış edən nazir döyüşlərə şəhər əhalisini çıxarmaqdan ötrü ara verdiklərini söyləyib. Onun sözlərinə görə, döyüş zonasında 8 minə qədər hələbli qalır.

Amma Hələb sakinləri fasilələrin az olduğunu, şəhərin yenə bombalandığını, qiyamçıların əlində qalan kiçik ərazilərin topa tutulduğunu deyirlər. Britaniyada yerləşən «Suriyanı müşahidə şurası» sakinlərin sözlərini təsdiqləyib. Vaşinqton isə Hələbdə döyüşlərin dayandırılması haqda informasiya almadıqlarını bildirir.

Dünən—dekabrın 8-də S.Lavrov Suriya məsələsini amerikalı həmkarı John Kerry ilə müzakirə edib. S.Lavrov-un sözlərinə görə, onlar hərbi ekspertlərinin görüşü barədə razılığa gəliblər.

Rusiya və ABŞ-ın döyüş mütəxəssisləri sabah-dekabrın 10-da Cenevrədə toplanacaqlar. Onların Hələbi tərk etmək istəyən qiyamçılar və sakinlərə yol vermək məsələsini müzakirə edəcəyi gözlənir.

ABŞ Dövlət Departamentinin məlumatında S.Lavrov-la J.Kerry-nin dekabrın 8-də telefonla danışdığı, Hələbdə atəşkəs, şəhərə yardım və sakinlərin köçürülməsi məsələlərinin gündəmdə olduğu deyilir.

XS
SM
MD
LG