Keçid linkləri

Təcili xəbərlər
2021, 28 Yanvar, Cümə axşamı, Bakı vaxtı 16:02

Neft hasilatını azaltmaq istəyənlərin sayı artmır


Kaşaqan» yataqları

İri neft istehsalçılarından cəmi bir neçəsi hasilatı azaltmağa razı olduğunu bildirib. Keçən ay neft karteli OPEC üzvlərini istehsalı kəsməyə razı saldığını elan etdi. Təşkilata üzv olmayanlardan Rusiya, Azərbaycan, Qazaxıstan, Oman və Meksika da danışıqlara qoşulmağa etiraz etməyib. Sabah-dekabrın 10-da bu ölkələrin təmsilçiləri Vyanada görüş keçirəcəklər.

Amma digər nəhəng neft istehsalçılarından, məsələn, Braziliya və Norveçdən səs çıxmır. Birləşmiş Ştatlar isə azad bazar tərəfdarıdır və danışıqlara qatılmır.

Hasilatı azaltmaqda məqsəd bazarda neftin ucuzlaşması nəticəsində yaranan nizamsızlığın qarşısını almaqdır.

OPEC özü neft istehsalını gələn ildən gündə 1.2 milyon barrel azaldacağını, quruma üzv olmayan ölkələrinsə bu rəqəmi gündə 600 min barrelə çatdırmalı olduğunu bildirir. Qeyri-OPEC ölkələrindən yalnız Rusiya açıq vədlərlə çıxış edərək, hasilatı gündə 300 min barrel azaldacağına söz verib. Digər 300 min barelin kimlərin payına düşəcəyi hələ bəlli deyil.

Azərbaycanla Oman razılığa gəlməyə hazır olduqlarını söyləyiblər, amma Qazaxıstan hələ tərəddüd edir. Qazaxıstan 10 ildir fəaliyyət göstərməyən «Kaşaqan» yataqlarında yenicə işə başlayıb, sərmayəçilər yatağa 55 milyard dollar vəsait qoyublar. Onların gözləntilərini doğrultmağa çalışan Qazaxıstan şirkətləri gələn il hasilatı gündə 200 min barrel artırmağı planlayırlar.

XS
SM
MD
LG