Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Noyabr, şənbə, Bakı vaxtı 19:13

Azərbaycan NATO ilə əməkdaşlıqda maraqlıdır


Rose Gottemoeller

Azərbaycan NATO ilə əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır.

Dekabrın 8-də Hamburqda NATO-nun Baş katibinin müavini Roza Qotemüller (Rose Gottemoeller) ilə görüşən xarici işlər naziri Elmar Məmmədyarov belə deyib.

Xarici İşlər Nazirliyinin mətbuat xidməti xəbər verir ki, görüşdə Azərbaycan-NATO tərəfdaşlığı və ikitərəfli əməkdaşlığın gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Buna da bax:​ Azərbaycanda `NATO günləri' keçirilir

Roza Qotemüller Azərbaycana NATO-nun Əfqanıstanda Qətiyyətli Dəstək Missiyasında iştirakına görə təşəkkürünü bildirib. O, Azərbaycanın Əfqanıstanda təhlükəsizliyin təmin edilməsi işinə töhfəsini yüksək qiymətləndirib.

Nazir E. Məmmədyarov da Azərbaycanın Əfqanıstanda hərbi təsisatların quruculuğuna verdiyi dəstək haqda danışıb.

Buna da bax:​ “Azərbaycanın milli marağı - NATO, hakimiyyətin siyasi marağı - Rusiya"

Bundan başqa, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi haqqında məlumat verən E. Məmmədyarov NATO-nun zirvə toplantılarında Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınan sərhədlərinə hörmətin ifadə edilməsini təqdir edib.

Görüşdə, Azərbaycanın NATO ilə əməkdaşlıq çərçivəsində Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Planının icrası da gündəmdə olub.

Buna da bax:​ ABŞ-Azərbaycan Münasibətləri: Sabit və firavan gələcək naminə ortaq məqsədlər

Azərbaycan NATO ilə 1994-cü ildən əməkdaşlıq edir. Ancaq Azərbaycan rəsmiləri bu alyansa üzv olmaq istəmədiklərini açıqca dilə gətiriblər.

Müxalifət hesab edir ki, hakimiyyət bununla həm Rusiyadan çəkindiyini büruzə verir, həm də islahatlara hazır olmadığını nümayiş etdirir.

XS
SM
MD
LG