İki ermənistan hərbçisi avtomobil qəzasında həlak olub.
Müdafiə nazirliyinə məxasus maşın dekabrın 8-i səhər saatlarında Yerevan-Gorus yolunda qəzaya uğrayıb.
Bu barədə AzadlıqRadiosunun Ermənistan xidməti nazirliyə istinadla məlumat yayıb.
Ölənlər təhlükəsizlik xidmətinin zabiti Aleksan Simonyan və müqavilə ilə xidmət edən leytenant Armen Musikyandır.
Müdafiə naziri Vigen Sarkisian qəza vaxtı maşında olmayıb.
Qəzanın səbəbi araşdırılır.