Keçid linkləri

Təcili xəbərlər
2021, 06 Mart, şənbə, Bakı vaxtı 02:15

10 evin uçmaq təhlükəsi var


Foto illüstrasiya

Quba rayonunda Qaraçay çayının məcrasının dəyişdiyi bildirilir

«Report»un xəbərinə görə, nəticədə II Nügədi kəndində 10-a yaxın ev uçmaq təhlükəsi ilə üzləşib.

Xəbərdə qeyd edilir ki, çayda karxanaların fasiləsiz fəaliyyəti torpaq sürüşməsini daha da aktivləşdirib.

Yerli sakinlər bildiriblər ki, Qubanın II Nügədi kəndində 2010-cu ildə sel sularından qorumaq məqsədilə beton sədlər tikilib. Amma hazırda kəndin yaxınlığından keçən Qaraçay çayı məcrasını kənar müdaxilələr nəticəsində dəyişərək, beton səddin yanından axır və onu yuyur. Nəticədə beton sədd 10 metr uzunluqda aşıb. İndi kəndi həm sel, həm də sürüşmə təhlükəsi gözləyir. Kənd sakinləri bildiriblər ki, bununla bağlı hansı quruma müraciət etsələr də, indiyədək onların vəziyyəti ilə maraqlanan olmayıb.

Xəbərdə qeyd edilir ki, Quba Rayon İcra Hakimiyyəti başçısının II Nügədi kəndi üzrə nümayəndəsi də yaranmış vəziyyətlə bağlı yuxarı orqanlara müraciət edib.

XS
SM
MD
LG