Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 13:42

'İran casusları'na ölüm hökmü oxunub


Foto illüstrasiya

Səudiyyə Ərəbistanında məhkəmə İrana casusluqda günahlandırılan 15 nəfər haqda ölüm hökmü çıxarıb. Daha 15 müttəhim isə 6 aydan 25 ilə qədər həbs cəzası alıb.

İttihamnamədə günahlandırılan şəxslərin İranla əlbir olaraq casus qrupu yaratdıqları, Səudiyyə Ərəbistanının hərbi qüvvələri haqda gizli məlumatları Tehrana ötürdükləri, hökumət daxilində özlərinə tərəfdar toplamağa çalışdıqları, krallığın şiələrin çoxluq təşkil etdiyi regionlarında iğtişaşlara cəhd göstərdikləri deyilir.

Bu hadisənin Səudiyyə Ərəbistanı ilə onun bölgədəki rəqibi İran arasında gərginliyi artıracağı gözlənir.

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Bahram Ghasemi Səudiyyə Ərəbistanında casusları olmadığını söyləyib.

Beynəlxalq insan haqları təşkilatı «Amnesty International» isə Krallıq məhkəməsinin hökmünün hüquq pozuntusu olduğunu bildirib.

XS
SM
MD
LG