Keçid linkləri

Təcili xəbərlər
2021, 13 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:50

Obama: 'Saxta vədlərlə terrorun kökünü kəsmək olmaz'


Barack Obama

«Silahlı qüvvələrin sayını artırmaqla ABŞ terrorun kökünü kəsə bilməyəcək». Bunu Birləşmiş Ştatların prezidenti Barack Obama dekabrın 6-da Floridadakı «MacDill» hərbi bazasında çıxış edərkən deyib.

B.Obama onun administrasiyasının fəaliyyəti dövründə «Əl-Qaidə»ni başsız qoyduqlarını, «İslam Dövləti»ni (İŞİD) müdafiə mövqeyinə çəkilməyə məcbur etdiklərini xatırladıb. Bununla belə, terrorun ABŞ üçün hələ bir neçə il təhlükə olaraq qalacağını söyləyib: «Bombalar atmaqla, gündə bir az da hərbi qüvvə göndərməklə, ya da özümüzü dünyanın qalan hissəsindən təcrid etməklə terrorun öhdəsindən gələcəyimiz barədə saxta vədlər verməkdənsə, təhlükəyə daha uzaqgörənliklə yanaşmalı, ağıllı strategiya üzrə hərəkət etməliyik».

Yanvarın 20-dən Ağ evdə yeni prezident Donald Trump fəaliyyətə başlayacaq. Seçki kampaniyası zamanı D.Trump B.Obama-nın terrora qarşı siyasətini kəskin tənqid etmiş, onun, həm də demokratların namizədi H.Clinton-un İŞİD-in əsasını qoyanlardan biri olduğunu söyləmişdi.

XS
SM
MD
LG