Rusiya Suriyada fəaliyyət göstərən iki ordu həkiminin həlak olduğunu bildirir, buna görə qiyamçıları və Qərbi günahlandırır.
Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə, dekabrın 5-də qiyamçılar Hələbdə döyüş zonasındakı hərbi hospitalı atəşə tutublar. Nəticədə iki həkim ölüb, biri yaralanıb. Nazirliyin sözçüsü general-mayor Igor Konashenkov deyib ki, hərbi həkimlər sıravi vətəndaşlara da yardım göstərirmiş və qiyamçılar həkimlərin çadırına bilərəkdən atəş açıblar. I.Konashenkov bu hadisəyə görə qiyamçılara nəzarət edən ABŞ-ın, Britaniya, Fransa və başqa ölkələrin də məsuliyyət daşıdığını vurğulayıb.
ABŞ Dövlət Departamentinin sözçüsü Mark Toner ittihamları rədd edib.