Suriya hakimiyyət orqanları son üç həftədə Hələbin 60 faizinə nəzarəti ələ alıb. Ona qədər bu ərazi ABŞ-ın da dəstəklədiyi müxalifətin əlində olub.
Bu barədə Suriya insan haqları monitorinq mərkəzi məlumat yayıb.
Qurumun məlumatına görə, dekabrın 2-də Bashar Asada məxsus qüvvələr Tarix əl-Bab yaşayış massivini ələ keçirib və şəhərin qərb rayonların aeroportla birləşdirən yola giriş əldə edib.
Ölkənin ikinci böyük şəhəri Hələb iki yerə bölünüb: qərb hakimiyyətin, şərq isə müxalifətin nəzarətindədir.