Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 03:37

Lerik rayonu işıqsız qalıb


Lerik

Dekabrın 2-də güclü külək Lerik rayonunun kəndlərini işıqsız qoyub.

Report-un xəbərinə görə, günorta saatlarından başlayan, yağış və sulu qarla müşayiət olunan güclü külək axşama doğru daha da şiddətlənib, hazırda davam edir.

Xəbərdə qeyd edilir ki, Şinqədulan xəttində 4 dayaq aşdığından bu istiqamətdə olan 40-dan çox kənd günorta saatlarından işıqsız qalıb.

Buna da bax:​ Tovuzun Qovlar şəhəri və kəndləri 3 gündür elektriksiz qalıb

Gün ərzində ərazidə təmir-bərpa işləri aparılsa da, hələlik, problem həllini tapmayıb.

Lerik Rayon İcra Hakimiyyəti Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikov bildirib ki, hazırda rayon mərkəzinə də elektrik enerjisinin verilişi dayandırılıb.

"Bundan başqa, rayonun Zuvand ərazisindəki kəndlərdə də elektrik enerjisi kəsilib. İlkin məlumata görə, hazırda 50-dən çox kənddə işıq yoxdur. Digər fəsadlar barədə, hələlik, məlumat daxil olmayıb".

Buna da bax: Balakəni 'külək aparıb'

Lerik rayon Elektrik Şəbəkəsindən isə təhlükəsizlik tədbirləri səbəbindən elektrik enerjisinin verilişinin dayandırıldığı qeyd edilib.

XS
SM
MD
LG