Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 08:47

"Rus Bukeri"nin qalibi elan olunub


"Rus bukeri" ədəbi mükafatı.
"Rus bukeri" ədəbi mükafatı.

2016-cı il "Rus Bukeri"ni yazıçı Peter Aleshkovsky alıb. O bu mükafata "Qala" romanına görə layiq görülüb.

Buker mükafatının saytında bildirilir ki, bu il mükafata namizədlər arasında Sergey Lebedev ("Avqust adamları"), Sukhbat Aflatuni ("Cadugərlər nəsli"), Leonid Yuzefoviç ("Qış yolu"), Alexander Melikhov ("Onlara əvəz verilməyəcək") və Boris Minayev ("Yüngül qumaş: Batist Sukno") olub.

Bu il "Rus bukeri" uğrunda mübarizəyə isə 73 əsər namizəd olub, onlardan 71-i müsabiqəyə buraxılıb.

"Qala" romanının baş qəhramanı qədim rus şəhərində qazıntılar aparan arxeoloq Ivan Malchovdur, o Qızıl Orda dövləti haqda kitab yazır. Onun səyləri nəticəsində məhv olmaq təhlükəsi altındakı qədim qala xilas olunub.

Buna da bax: "Rus bukeri" mükafatının qalibi seçildi

Peter Aleshkovsky təltifetmə mərasimində deyib ki, "Mən romanın üzərində altı il işləmişəm. Romanımı ona görə belə adlandırmışam ki, üzərimizə əsən - mədəni geriləmə, fayda götürmək, keçmişimizi araşdırmamaq, miflər yaratmaq və mifoloji təfəkkürü dəstəkləmək kimi ucuz küləklərə təslim olmadan içimizdəki qalanı qoruyaq"

Xatırladaq ki, "Rus bukeri" mükafatı 1991-ci ildə təsis olunub və 1917-ci ildən bəri Rusiyanın ilk qeyri-dövlət mükafatıdır. Mükafat ilin rusca yazılmış ən yaxşı romanına verilir. Mükafatın məqsədi "ciddi nəsrə" marağı artırmaqdır.

2015-ci ildə mükafata Aleksandr Snegiryevin "Vera" romanı layiq görülmüşdü.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG