Keçid linkləri

2017, 25 Fevral, şənbə, Bakı vaxtı 20:18

Rusiyaya məxsus heyətsiz yük gəmisi qəzaya uğrayıb. Rusiyanın kosmik agentliyi «Roscosmos»dan verilən məlumata görə, «Soyuz-U» yükdaşıyan raketi və «Progress MS-04» yükdaşıyan gəmisi dekabrın 1-də Qazaxıstandakı Baykonur kosmodromundan göndərilib. Gəmi havaya qalxandan 6 dəqiqə 23 saniyə sonra onunla əlaqə itib.

Raketin mühərrikinin alovlandığı, gəminin parçalarının atmosferin sıx qatlarında yandığı bəlli olub. «Roscosmos»un məlumatına görə, hadisə Rusiyanın Tuva regionunda, insan məskəninin olmadığı dağlar üzərində baş verib.

Beynəlxalq Kosmik Stansiyaya yollanan yük gəmisində 2.4 ton yanacaq, ərzaq, avadanlıq və stansiyanın işçiləri üçün Yeni il hədiyyələri varmış. Gəmi stansiyaya dekabrın 3-də çatmalıymış.

2015-ci ilin aprelində də Rusiyaya məxsus kosmik yük gəmisi qəzaya uğramışdı. Nəticədə Rusiya kosmik səyahət planlarını 3 aylığına ertələməyə məcbur olmuşdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG