Sarısu gölünün ətradı İmişli və Sabirabad ovçularının sevimli ov yeridir. Gölün ətrafında ördək, qaşqaldaq, qaz, sultan toyuğu, boz vağ kimi quşları tapmaq olar. Elə ki soyuqlar düşdü, quş ovu başlanır. Sarısu gölündə quş ovundan fotoreportajı təqdim edirik
Sarısuda quş ovlayıb ailə saxlayanlar- [Fotolar]

1
Ovçuların sevimli məkanı Sarısu gölünün ətrafıdır

2
Bu il havalar tez soyuduğundan ov mövsümü daha tez - sentyabrda başlayıb.

3
Sarısu gölündə qayıq sürməklə çörəyini çıxaran Məcnun, yayda və ov olmayan aylarda Bakıda daş hörüb, fəhləlik edir.

4
Məcnun 3 uşaq atasıdır və deyir ki, ailəsini Sarısu gölünün hesabına dolandırır.