Həftəsonu Türkiyənin cənub-şərqində xarici media təşkilatlarının iki əməkdaşı saxlanıb.
Amerikanın Səsi bildirir ki, onun reportyoru Khajijan Farqin noyabrın 26-da Diyarbakırda saxlanıb. Onun saxlanmasının səbəbləri bildirilməyib.
BBC isə xəbər verir ki, onun müxbiri Hatice Kamer noyabrın 26-da Sirvan şəhərində saxlanıb. Müxbir mis mədənində 11 nəfərin ölümünə gətirən uçqun barədə məlumat hazırlayırmış.
Kamer noyabrın 27-də azadlığa buraxılıb. Kamerin özü Almaniyanın WDR radiosuna telefonla deyib ki, onu azadlığa buraxandan sonrabildiriblər ki, ona qarşıPKK-ya dəstək ittihamı irəli sürülə bilər.
Türkiyədə son aylar 170-dən çox media bağlanıb, 120 jurnalist həbs olunub.