Qazaxıstan prezidenti Nursultan Nazarbayev hakimiyyətin varisə ötürülməsi senarisi barədə düşünmədiyini deyir.
O bunu, “Bloomberg” agentliyinə müsahibəsində deyib.
“Heç kimi yamsılamıram.Uşaqlarıma davamçım kimi baxmıram, bu bizlik deyil”, deyə Nazarbayev bildirib.
Nazarbayev deyib ki, hakimiyyətin verilməsi konstitusiya çərçivəsində həyata keçiriləcək.
O, həmçinin 2010-ci ilədək işləmək fikrində olduğunu vurğulayıb, amma deyib ki, hələlilk yeni müddətdən danışmaq tezdir, hər şey sağlamlıq və xalqın dəstəyindən aslıdır.
76 yaşlı Nazarbayev 1991-ci ildən Qazaxıstanın dəyişməz prezidentidir.
Ölkə konstitusiyasına görə, onun prezidentlik uğrunda mübarizə aparmasına məhdudiyyət yoxdur.
“Millətin lideri” statusu isə ona hətta istefadan sonra toğunulmazlıq hüququ verir.