Azərbaycan Mərkəzi Bankı (AMB) notlarını tam olaraq sata bilməyib.
Bu gün, noyabrın 23-də AMB-nin Bakı Fond Birjasında 75 milyon manatlıq qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Buna da bax: Əksər banklar valyuta satışını dayandırıb
Bir notun nominal dəyəri - 100 manat, tədavül müddəti – 28 gündür
Birjadan verilən məlumata görə, hərrac zamanı 1 investor 1 sifariş təqdim edib. Sifarişlərin ümumi məbləği isə 5 milyon 58 min 300 manat təşkil edib. Notların ödəmə tarixi dekabrın 24-dədir.
Buna da bax: Manatın taleyi ilə bağlı suallara Mərkəzi Bankdan cavab gəldi
AMB noyabrın 10-da keçirilən hərracda da notunu tam sata bilməmişdi. Qısamüddətli notlar dövriyyədəki pul kütləsinin tənzimlənməsindən ötrü vasitədir. Yəni, banklar manatdakı vəsaitlərinə not alacaqlar və bundan gəlir götürəcəklər. Bununla dövriyyədə olan manat azalacaq.