Keçid linkləri

2017, 23 Sentyabr, şənbə, Bakı vaxtı 09:57

Kadırov ABŞ-dan bərkimiş uşaqlar çağırır


Kadyrov Ramzan

Çeçenistan lideri Ramzan Kadyrov xüsusi təyinatlı qüvvələr hazırlayan beynəlxalq təlim mərkəzinə ABŞ-dan şəxsi təlimatçılar dəvət etmək fikrindədir.

Bu barədə İnterfaks agentliyi məlumat yayıb.

Kadyrov mərkəzə ilkin mərhələdə 200-dək təlimatçı dəvət etmək fikrindədir.

Kadyrovun sözlərinə görə, onlar dünyada ən yaxşı mütəxəssislər hesab olunurlar.

Kadyrov artıq 10-a yaxın amerikalı şəxsi təlimatçıdan ərizə daxil olduğunu bildirir.

“Onlar adlı-sanlı insanlardır. Baxacağıq. Etiraf eləməliyik ki, ABŞ-da, Latın Amerikası, Asiya və Afrikada keçirilən əməliyyatlardan çıxmış təcrübəli, bərkimiş uşaqlar var”, deyə o vurğulayıb.

2018-ci ildə Qudermesdə xüsusi təyinatlı qüvvələr üçün beynəlxalq təlim mərkəzi istifadəyə verilməlidir.

Kadyrov bundan əvvəl ABŞ-ı dünyada ən başlıca bəla adlandırırdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG