Keçid linkləri

Təcili xəbərlər
2021, 10 Aprel, şənbə, Bakı vaxtı 15:54

Yolların buz olması avtomobil sıxlığı yaradıb


Ötən gecədən müşahidə edilən şaxtalı hava səbəbi ilə noyabrın 23-dən paytaxtın bəzi küçə və prospektlərində yolun hərəkət hissəsi buz bağlayıb.

APA-nın Bakı Nəqliyyat Agentliyinə istinadən yaydığı xəbərə görə, hazırda Böyükşor qovşağında, xüsusi ilə Ziya Bünyadov prospektində yerləşən körpülərdə və tunellərdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq var.

Xəbərdə qeyd edilir ki, analoji vəziyyət Şərifzadə küçəsində də yaranıb. Bununla bağlı Tbilisi prospekti, Yusif Səfərov küçəsi və Babək prospektində də avtomobillərin hərəkətində sıxlıq müşahidə edilir.

XS
SM
MD
LG