Keçid linkləri

2017, 01 May, Bazar ertəsi, Bakı vaxtı 01:06

ABŞ hərbi təyyarələrinin zərbələri nəticəsində ölkənin cənubunda yerləşən özünü İslam Dövləti adlandıranqrupun Əfqanıstandakı dəstəsinin rəhbəri öldürülüb, yerli rəsmilər bunu iddia edirlər.

Nangarhar əyaləti qubernatorluğunun sözçüsü Attaullah Khugyan bildirib ki, noyabrın 18-dəki hücum zamanı İD-in Əfqanıstandakı qrupunun lideri öldürülən 7 yaraqlının arasında olub.

O bildirib ki, qrupun əlində olan silahlar, döyüş sursatı, partlayıcılar da məhv edilib.

Əfqanıstan Müdafiə Nazirliyi də bu məlumatı təsdiqləyib.

İD yaraqlıları Nangarharda fəal olublar və əyalətin Kot vilayətini iki il ərzində əllərində saxlayıblar. Onlar Pakistan sərhəddindəki ərazilərə qədər geniş yayıla biliblər.

İD noyabrın 16-da Kabul Müdafiə Nazirliyinin binası yaxınlığındabaş vermiş və 6 adamın ölümü ilə nəticələnmiş terrorla bağlı məsuliyyəti öz üzərinə götürüb.

ABŞ-ın Əfqanıstandakı hərbi rəhbəri, ordu generalı John Nicholson sentyabrda bildirmişdi ki, ölkədə İD-in Suriya və İraqdakı liderlərindən pul, kommunikasiya dəstəyi və tapşırıq alan1300-dən çox adamı var.

Günün bütün mövzuları

XS
SM
MD
LG