Noyabrın 10-u Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi bildirilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin xəbərinə görə, yarımadada gecə 9-12, gündüz 14-18, Bakıda gecə 10-12, gündüz 15-17 dərəcə isti olacaq.
Noyabrın 10-da Azərbaycanın rayonlarında da yağıntı gözlənilmir. Gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin olacağı bildirilir. Gecə 5-10, gündüz 15-20, dağlarda gecə 2-7, gündüz 12-17 dərəcə isti təxmin edilir.