Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 13:21

ABŞ dolları: Dünyada ucuzlaşır, Azərbaycanda tərsinə…


Dollar
Dollar

ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) ikigünlük iclasından sonra uçot dərəcəsini dəyişməməsi son 3 gündə ilk dəfə inkişaf etməkdə olan ölkələrin valyuta indeksini yüksəldib.

Cənubi Koreya pulu yüksəlişə öncüllük edib. Avro dollara nisbətdə 0,6% möhkəmlənərək 1,1125 dollara çatıb. Bu, oktyabrın 11-dən bəri ən yuxarı göstəricidir.

Buna da bax:​ FED faizi dəyişmədi, ancaq...

Dollar İsveçrə frankıyla müqayisədə 0,3% geriləyib və 0,9603 frank səviyyəsinə enib. Bütövlükdə dolların indeksi 0,22% aşağı düşərək, 97,176 səviyyəsində qərarlaşıb. Bu, oktyabrın 11-dən bu yana ən aşağı göstəricidir.

Azərbaycanda isə tam əks proses baş verir

Noyabrın 3-də Azərbaycan Mərkəzi Bankında (AMB-də) keçirilən hərrac 1 ABŞ dolları üçün 1,6490 məzənnəsi ilə başlayıb və 1,6580 manat məzənnəsində yekunlaşıb. Manatın 2006-ci il yanvarın 1-də baş verən denominasiyasından bəri dollar Azərbaycanda heç vaxt bu həddə yüksəlməyib.

Maliyyə bazarları eksperti Cəfər İbrahimli noyabrın 2-də açıqlanan FED qərarının dünya valyutalarına ciddi təsiri olmadığı qənaətindədir: “Məncə, FED-in faiz artırmayacaği məlum idi və dünənki qərar məlumun elanı oldu. Bu qərar sonrası da dolların digər valyutalar qarşısında ciddi dəyişikliyə uğramayıb. Son günlərdə 3-cü rübün sonu üzrə şirkət və ölkələrin göstəriciləri açıqlanır və bu xəbərlər doğrultusunda valyutalar arasında məzənə dəyişiklikləri, az da olsa, hiss edilir”.

Buna da bax:​ Hökumət hərraclarla manatı qoruya biləcəkmi?

Onun fikrincə, hər ölkənin özünəməxsus problemləri var və bu da həmin ölkələrin milli valyutasının dəyərini dəyişdirə bilər.

“Manatın məzənnəsinə FED qərarlarından daha çox...”

Cəfər İbrahimli düşünür ki, manatın məzənnəsinə FED qərarlarından daha çox Azərbaycan iqtisadiyyatının köklü problemlərindən qaynaqlanan məsələlər təsir göstərəcək: “Son günlərdə də görüldüyü kimi, manatın rəsmi məzənnəsi öz tarixinin ən yüksək səviyyəsinə yüksəldi. Dolayısı ilə, bu məzənnənin necə formalasmasını ölkənin tədiyyə balansı, pul-kredit siyasəti, bazarın tələbatına uyğun valyuta təminatı və orta müddətdə iqtisadiyyatın böyümə və ya kiçilməsi kimi makroiqtisadi faktorlər müəyyənləşdirəcək”.

“İlk növbədə manatın dəyəri şişirdilib…”

Bank məsələləri eksperti Əkrəm Həsənov dolların dünyada ucuzlaşıb, Azərbaycanda bahalaşmasını daxili bazarın konyunkturayla əsaslandırır: “İlk növbədə, manatın dəyəri şişirdilib və sünidir. Buna görə də, dollar, özü-özlüyündə, ucuzlaşsa da, əslində, manat ondan da xeyli ucuzdur və bu səbəbdən dəyərsizləşir. Milli pul bazasının artması da səbəbdir. Digər səbəb - neftin qiymətinin yenidən düşməsidir”.

Buna da bax:​ “Mərkəzi Bank dollar tələbini ödəyə bilməyəcək”

“Manatın devalvasiyasının sonu görünmür”

Ekspert deyir ki, manatın devalvasiyasının sonu görünmür: “Görünməsi üçün indidən tədbirlər görmək lazımdır. İlk növbədə də müstəqil və obyektiv məhkəmə sistemi olmalıdır ki, sahibkarlarda əminlik hissi yaransın və yavaş-yavaş iqtisadiyyatımız dirçəlsin. “Müstəqil və obyektiv” dedikdə məhkəmələrin siyasi iradədən heç asılı olmaması ehtiva olunmur. Belə şey heç bir ölkədə yoxdur, buna inanmayın. Ən azı iqtisadi məsələlər üzrə məhkəmələr obyektiv olmalı, korrupsiyaya bulaşmamalıdır. Məsələn, Birləşmiş Ərəb Əmirliklərində olduğu kimi”.

“Dollara tələb arta-arta gedəcək”

İqtisadçı ekspert Vüqar Bayramov da o fikirdədir ki, dollara tələbat artmaqda davam edəcək: “İlin sonunadək idxalın artması, özəl və dövlət müəssisələrinin borc ödənişləri və bayram səfərləri xarici valyutaya tələbatı çoxaldacaq. AMB rezervlərinin 4 milyard dollarlıq “psixoloji qapının” ağzında dayanması, neftin qiymətinin, proqnozlaşdırıldığı kimi, aşağı düşməsi və Neft Fondunun büdcə transfertlərinin azalması da manata təzyiqi artırır”.

Buna da bax: Ekspert: 'Mərkəzi Bank məzənnəni siyasi məqsədlər üçün tənzimləyir'

Ekspertin fikrincə, belə olan halda, öncədən proqnozlaşdırıldığı kimi, AMB-nin liberal üzən valyuta rejiminə keçməsi daha real görünür.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG