Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:15

ABŞ Mərkəzi Bankı - Federal Ehtiyatlar Sistemi (ingiliscə qısaltması - FED) Federal Açıq Bazar Komitəsinin (FOMC) iki gün davam edən iclasında uçot dərəcəsini dəyişməyib.

Proqnozlaşdırıldığı kimi, FED uçot dərəcəsini 0.25-0.5 faiz səviyyəsində saxlayıb. FED son dəfə ötən il dekabrın 16-da uçot dərəcəsini illik 0-0.25 rekord aşağı səviyyə ilə 0.25 faiz artırıb.

Eyni zamanda, FED sürətlənən inflyasiya şəraitində borc xərclərinin artırılmasından ötrü zəminin gücləndiyini qeyd edib. Bununla da dekabr toplantısından faiz artımı ilə bağlı gözləntilərin artmasına səbəb olub.

FED-in bu toplantıda faiz artımından yan keçəcəyi gözlənilirdi. İndi diqqətlər dekabr ayındakı toplantıya çevrilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG