Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 10:43

Hərracda, adətən, 50 milyon dollar təklif edən Mərkəzi Bank (MB) sentyabrın 8-də Dövlət Neft Fondu (DNF) ilə birlikdə satışa 300 milyon dollar çıxarıb. Nəticədə, rəsmi məlumata görə, dollara tələbat əvvəlki hərraclardan az olub. MB hərracda dollara tələbin 402 milyon 560 min dollar olduğunu bildirib. Başqa sözlə, dollara tələbat hərraca çıxarılan həcmi cəmi 34 faiz üstələyib. Sentyabrın 6-da keçirilən hərracda isə 50 milyon dollar satıldığı halda dollara tələbat 588 milyon dollar və ya satılan məbləğdən təxminən 12 dəfə artıq olmuşdu.

«MB bizdən tələb edir ki...»

Bununla belə, bank sektorunda adının açıqlanmasını istəməyən mənbələr bildirir ki, əslində, dollara daha çox tələb var: «MB bizdən tələb edir ki, deyilən həcmi yazaq, yoxsa hərraca qatılmağımıza icazə verilməyəcəyini söyləyirlər».

Buna da bax:​ Böhranla sovrulanlar

Sentyabrın 8-dəki hərracdan sonra bir sıra banklar dolların satış limitini artırıb və ya ləğv edib. Alqı-satqı qiyməti də bir gün əvvəllə müqayisədə aşağı düşüb. Başqa sözlə, statistik olsa da, nəticə var. Təbii sual doğur: «Manatı «pul gücünə» qorumaq çıxış yoludurmu? Yaxud manatı istənilən zamanadək qorumağa hökumətin valyutası varmı?

«Bu, qısamüddətli təsir rıçaqlarıdır və MB bunu edir»

Maliyyə bazarları eksperti Cəfər İbrahimli deyir ki, MB bazarı tənzimləmək üçün valyuta alq-satqısı edə bilər: «Bu siyasətin məzənnəni sabitləşdirəcəyini demək çətindir».

Ekspert, sadəcə, pul siyasəti ilə uzun müddətdə milli valyutanın dəyərini müəyyənləşdirməyin çətinliyinə də diqqət çəkir: «Bu, qısamüddətli təsir rıçaqlarıdır və MB bunu edir».

Buna da bax:​ Big Mac indeksi: manatın real məzənnəsi

«Hər iki halda manat dəyərsizləşəcək»

Vüqar Bayramov

Vüqar Bayramov

İqtisadçı Vüqar Bayramovun fikrincə, manatın məzənnəsi ilə bağlı 2 mümkün yol var: «Birincisi, MB mövcud tənzimlənən «üzən valyuta» rejimini sürdürəcəksə, o zaman dollar mərhələ-mərhələ möhkəmlənəcək. Bu məzənnə siyasəti son 3 ayda manatla müqayisədə hər 100 dolların 25 manat möhkəmlənməsinə səbəb olub. İkincisi, MB məzənnə siyasətini dəyişir və kursu bazar müəyyənləşdirir və bu halda bazarda dollar sıçrayışla dəyər qazanır. MB, yəqin ki, gec-tez, liberal məzənnə siyasətinə keçəcək».

Buna da bax:​ İdxal bahalandıqca, saxta mal istehsalı artır

«Yalnız bu yolu seçərək manatı xilas etmək olar»

Bəs manatın yenidən kəskin dəyər itirməsinin qarşısını necə almaq olar? Ekspert valyuta ehtiyatlarının bir hissəsinin ölkəyə gətirilməsini və banklar vasitəsi ilə sahibkarlara güzəştli kredit formasında verilməsini təklif edir: «Birinci mərhələdə 4 milyard dollar Azərbaycana gətirilə bilər. Bu, bir tərəfdən imkan verəcək ki, sahibkarlar güzəştli kredit alsınlar və real sektora «isti pullar» daxil olsun. Digər tərəfdən xarici valyutaya tələbat qarşılanacaq və təkliflə tələbat arasındakı balans bərpa ediləcək. Nəticədə, MB artıq daha az itkilərlə liberal valyuta rejiminə keçə bilər. Düşünürəm ki, yalnız bu yolu seçərək manatı xilas etmək olar».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG