Keçid linkləri

2016, 28 Sentyabr, çərşənbə, Bakı vaxtı 00:38

"Economist" jurnalı özünün Big Mac indeksini hesablamaq üçün 59 ölkədə Big Mac burgerlərinin qiymətini öyrənir.

Bu nəyə lazımdır?

Məsələn, Amerikada McDonald’s -da bir Big Mac 5,04 dollaradır. Çində bugünki yuan-dollar məzənnəsi ilə götürəndə eyni Big Mac 2,79 dollaradır. Bu, o deməkdir ki, yuanın rəsmi məzənnəsi onun real qiymətindən 46 faiz aşağıdır.

Bu hesabla, avro-nun indiki məzənnəsi real qiymətindən 17 faiz aşağıdır, yapon yeni 30 faiz aşağıdır.

Cənubi Afrikada yerli pulun məzənnəsi öz real qiymətindən 58 faiz, Malayziyada 61 faiz aşağıdır. Yalnız 3 ökədə indiki məzənnə real kursdan yuxarıdır. İsveçdə bu 3 faiz, Norveşdə 9 faiz, İsveçrədə 31 faizdir.

Big Mac indeksini "Economist" jurnalı 1986-cə ildə yaradıb. Eyni məhsulun müxtəlif ölkələrdə qiymətini tutuşdurmaqla iqtisadçılar bilmək istəyirdilər ki, məzənnə nə qədər dəqiqdir. Bunun üçün elə mal tapmaq lazım idi ki, bütün ölkələrdə olsun və eyni olsun. Və ağla gələn Big Mac olub.

Müxtəlif ölkələrdə yerli valyutanın dollara nisbətdə məzənnəsi real qiymətindən nə qədər ağaşı və ya yuxarıdır?

Economist jurnalının cədvəli:

Big Mac index

Big Mac index

​Təbii ki, bu, dəqiq indeks sayıla bilməz, ancaq müəyyən mənzərəni yaratmağa kömək edir.

Bununla belə, Big Mac indeksi qlobal indeksə çevrilib və onun haqqında ən azı 20 elmi araşdırma var.

Bakıda 1 Big Mac 3 manat 80 qəpiyədir.

Bu, dolların indii məzənnəsi ilə 2,42 dollar edir.

Bu da Economistin hesabladığı kimi, manatın 52 faiz aşağı dəyərləndirilməsi deməkdir.

Yəni Big Macla ölçüləndə manatın məzənnəsi real məzənnədən 52 faiz aşağıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG